DÇ-2014: ən çox futbolçu qovan hakim

DÇ-2014: ən çox futbolçu qovan hakim

Dünya çempionatının startına sayılı günlər qalıb. Fanat.az Braziliyada təşkil olunacaq mundialdan öncə turnirlə bağlı maraqlı məqamları təqdim edir.

Dünya çempionatlarında ən çox oyun idarə edən hakimlər fransız Coel Quyniou və meksikalı Benito Arçundiyadı - 8. Fransalı referi 1986 (1 oyun), 1990 (3) və 1994-də (4), meksikalı hakim isə 2006 (5) və 2010-da (3) iş başında olub.

Fransa və Meksikadan olan referilər dünya çempionatının tarixinə düşsə də, Brazilyadakı mundiala bu ölkələrdən hakimlər təyinat almayıb.

Dünya çempionatında oyun idarə etmiş ən gənc hakim Xuan Qardeazabal olub. Belə ki, ispan referi 1958-ci ildə İsveçdə keçirilən mundialda oyun idarə edərkən 24 yaş 193 günlüyündə olub.

Çempionatda fit çalan ən yaşlı hakii isə George Readerdi. 1950-ci ildə Braziliyada təşkil olunan mundialda iş başında olan referi 53 yaş 236 günlüyündə meydana çıxıb.

Dünya çempionatlarında ən çox qırmızı vərəqəni Arturo Brizio Karter göstərib. Meksikalı referi 1994 və 1998-ci illərdəki mundiallarda 7 futbolçunu meydandan qovub. ABŞ-da 3 qırmızı vərəqə göstərən Karter Fransada 4 futbolçunun oyunu bitirməsinə imkan verməyib.

Dünya çempionatlarının ilk qırmızı vərəqəsini türk hakim verib. Belə ki, Doğan Babacan 1974-cü ildəki çempionatda ilk dəfə bir futbolçunu meydandan qovub.

İndiyədək heç bir hakim 3-dən artıq dünya çempionatına qatıla bilməyib. 3 mundialda oyun idarə etmiş 10 ölkədən 10 hakim var. Onların siyahısını təqdim edirik.

Con Lanqenus (Belçika) - 1930, 1934, 1938

İvan Eklind (İsveç) - 1934, 1938, 1950

Benjamin Qriffits (Uels) - 1950, 1954, 1958

Artur Ellis (İngiltərə) - 1950, 1954, 1958

Xuan Qardeazabal (İspaniya) - 1958, 1962, 1966

Camal Əl Şarif (Suriya) - 1986, 1990, 1994

Coel Quyniou (Fransa) - 1986, 1990, 1994

Əli Məhəmməd Buysaim (BƏƏ) - 1994, 1998, 2002

Oskar Ruiz (Kolumbiya) - 2002, 2006, 2010

Karlos Simon (Braziliya) - 2002, 2006, 2010

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər