Cerrard "Liverpul"un futbolçusuna göz dikib

Cerrard "Liverpul"un futbolçusuna göz dikib

"Aston Villa" İngiltərə millisinin və "Liverpul"un müdafiəçisi Co Qomesə "elçi" düşüb. 

Fanat.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Klubun baş məşqçisi Stiven Cerrard futbolçunun transferi ilə şəxsən maraqlanır. 

"Aston Villa" onu mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. Cerrard isə mövsüm başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək niyyətindədir.

Qeyd edək ki, mənbə "Barselona"nın da Qomezin xidmətində maraqlı olduğunu bildirir.

Xatırladaq ki, "Transfermarkt" portalı futbolçuya 25 milyon avro dəyər "biçib".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər