Cerrard "Liverpul"u bu səbədən tərk edib - Özü dedi

Cerrard "Liverpul"u bu səbədən tərk edib - Özü dedi

"Liverpul"un sabiq kapitanı, hazırda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttifaq"ın baş məşqçisi olan Stiven Cerrard 2015-ci ildə müqaviləsi başa çatdıqdan sonra "qırmızılar"dan ayrıldığını xatırlayıb.

Fanat.Az xəbər verir ki, "Daily Mail" Cerrardın dediklərini belə çatdırıb: 

“Müqaviləmi bir il uzatmamaq qərarına gəldim və Amerikaya - "Los Anceles Qelaksi"yə yollandım. Amma razılaşsaydım, Kloppun rəhbərliyi altında  altı ay (alman mütəxəssis Stiven komandanı tərk edəndən 4 ay sonra "Liverpul"a baş məşqçi təyin edilib -red.) oynayardım. O vaxt mənə demişdilər ki, getdikcə daha az oynayacağam. Mən isə "Liverpul"da rotasiya oyunçusu olmaq istəmirdim. Özümü hələ də həmin komandanın ən yaxşı yarımmüdafiəçisi sayırdım. Sonradan nə olacağını bilsəydim, müqaviləni imzalayardım. Yəni Brendan Rocersin rəhbərliyi altında daha dörd-beş ay oynayardım. Sonra da təbii ki, Yürgenlə işləyərdik”.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər