Yuri Syomin Lorenzo Ebesilionu əvəzedici komandaya göndərib. Fanat.az xəbər verir ki, buna səbəb holland futbolçunun ötən tur qırmızı vərəqə alaraq cəzalı duruma düşməsi olub.
Lorenzo bu gün "Bakı"ya qarşı oyunda meydana çıxıb. O, 62-ci dəqiqədə "Bakı"nın qapısına yol taparaq "Qəbələ"yə qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, XXXIII turun "Neftçi" ilə matçının 90-cı dəqiqəsində qol vuraraq "Qəbələ"yə qələbə qazandıran (2:1) Ebesilio ardınca Böyükağa Hacıyevə müxtəlif jestlər etmişdi. 90+1 və 90+3-cü dəqiqələrdə sarı vərəqə alaraq meydandan qovulan holland futbolçu 1 oyunluq cəzalandırılıb.
Fanat.az