"Barselona"nın yarımmüdafiəçisi və kapitanı Serxio Buskets yaxın günlərdə Kataloniya klubu ilə yeni müqavilə imzalayacaq.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin maaşında azalma olacaq.
34 yaşlı futbolçu ilə müqavilənin müddətinin 2024-cü ilə qədər uzadılacağı bildirilir.
Məvacibi əhəmiyyətli dərəcədə azalacaq daha bir təcrübəli futbolçu Jerar Pikedir. Buskets və Pikenin maaşlarının azaldılmasına razılıq verməsi "Barselona"ya yeni gələnləri sifariş etmək imkanı yaradacaq. Beləliklə, klub maliyyə feyr-pleyi tələblərini yerinə yetirmiş olacaq.
Mirağa