Bu yay azad agent statusu ilə "Parma"ya keçən Canluici Buffon "Barselona"nın təklifini geri çevirdiyini söyləyib.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia"ya danışan təcrübəli qapıçı Kataloniya təmsilçisinə "yox" deməsinin səbəbini də açıqlayıb:
"Bilirdim ki, ora getsəm, yenidən ehtiyatda qalacam. Açığı, son vaxtlar ehtiyatda qalmaqdan bezmişəm. Bunu "Yuventus"a bağlı olduğum üçün həzm edə bilirdim. Emosiyalar mənim üçün xüsusi önəm daşıyır. "Parma"nın mənə başqa heç bir klubun verməyəcəyi duyğuları bəxş edəcəyini anladığım üçün "Barselona"nın təklifini geri çevirdim. Bura gəldiyim üçün məmnunam. "Parma" mənim evimdir".
Qeyd edək ki, Buffon "Yuventus"a 2001-ci ildə məhz Parmadan transfer olunmuşdu. 17 il Turin təmsilçisinin formasının geyindikdən sonra azad agent qismində PSJ-yə keçən Canluici 2019-cu ildə "qoca sinyora"nın sıralarına qayıtmışdı.
Atilla