"Yuventus"un qapıçısı Canluici Buffon bu yay klubu tərk etməyi planlaşdırır.
Fanat.Az "Footmercato"ya istinadən xəbər verir ki, 43 yaşlı əlcək ustasının "Barselona"ya keçmək ehtimalı var.
İddiaya görə, tərəflər artıq danışıqlara başlayıb.
Qeyd edək ki, Buffon 2001-ci ildən "Yuventus"da çıxış edir. Geridə qalan 20 ildə cəmi bir ili Turin təmsilçisindən ayrı keçirib. O, 2018-ci ildə PSJ-yə keçmiş, ertəsi il yenidən "Yuventus"a qayıtmışdır.
Röya