Tanınmış qapıçı Canluici Buffon "Barselona"ya keçmək fikrindən daşınıb.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, buna səbəb 43 yaşlı əlcək ustasının DÇ-2022-ə getmək istəyidir.
"Barselona"ya keçəcəyi halda komandada ikinci qapıçı olmaq onun dünya çempionatına getmək şansını azaldır. Buffon isə mütəmadi olaraq oyunlarda iştirak etmək, çıxış edəcəyi klubun əsas qapıçısı olmaq niyyətindədir.
Qeyd edək ki, Buffon İtaliya millisi ilə birgə 6 mundialda iştirak edib.
Röya