Bu ölkənin futbol federasiyasına qadın hakim rəhbərlik edə bilər

Bu ölkənin futbol federasiyasına qadın hakim rəhbərlik edə bilər

Tarixində ilk dəfə Qazaxıstan Futbol Federasiyasının qadın prezidenti ola bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Tengrisport" yayıb.

Mənbənin məlumatına görə, QFF prezidenti postuna namizədlərin yekun siyahısına Para Futbol Liqası parafutbol təşkilatı tərəfindən irəli sürülən 34 yaşlı Nargis Maqaunun adı daxil olub. 

Maqau futbol hakimidir, köməkçi hakim kimi Qazaxıstan çempionatının oyunlarında çalışır. Bu il o, 17 yaşadək qızlar arasında Avropa çempionatının final mərhələsində iş başında olub.

QFF-yə prezident seçkiləri dekabrın 20-də keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər