"Xəzər Lənkəran" Ağabala Ramazanovdan sonra daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, Alfred Sanko komandanı tərk edib.
Onun klubla müqaviləsi davam edirdi. Lakin tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar. "Xəzər Lənkəran" rəhbərliyi sierra-leoneli futbolçuya özünə yeni klub tapmağı tapşırıb.
Qeyd edək ki, ötən yay Türkiyənin "Şanlıurfaspor"dan transfer olunan Sanko "Xəzər Lənkəran"da 27 oyunda 2 qol vurub. Sierra Leone yığmasının üzvü əvvəllər Norveçin "Ullern" və "Stromsqodset" klublarında çıхış edib.
Fanat.az