Bu futbolçu "Simurq"da qalmağa razılaşdı

Bu futbolçu "Simurq"da qalmağa razılaşdı
Yeni mövsümdə gənc futbolçularla mübarizə aparacaq "Simurq"un heyətində bir neçə təcrübəli oyunçu yer alacaq. Fanat.az хəbər verir ki, artıq onlardan birinin kimliyinə aydınlıq gəlib.
Belə ki, İlkin Qırtımov komandada qalmağa razılıq verib. Kapitan sarğısını daşıyan "Simurq"un yetirməsi komandasına sadiq qalıb.
Qeyd edək ki, 2009-cu ildən "Simurq"un əsas heyətində çıхış edən 30 yaşlı müdafiəçi 135 oyunda 2 qol vurub. O, Azərbaycan yığmasının heyətində 4 yoldaşlıq, bir rəsmi oyun keçirib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər