Bu futbolçu İŞİD-ə qoşuldu, arvadı isə...

Bu futbolçu İŞİD-ə qoşuldu, arvadı isə...
Mayın 12-də 46 yaşlı Ainaş Toreeva gəlini Mariadan mesaj alır. Bu, Qazaxıstanın şimal-qərbindəki Oral şəhəri yaxınlığında yaşayan Ainaşın gəlinindən son 2 ildə aldığı ilk xəbər idi.
2013-cü ilin iyulunda Ainaşın 27 yaşlı oğlu Talqat həyat yoldaşı Maria və qızı Sofianı götürərək evi tərk edib. Həmin ilin axırlarında ölkənin Milli Təhlükəsizlik Komitəsi Ainaşa bildirib ki, oğlu Suriyadadı. Marianın mesajı qayınanasının oğlunun nə vaxtsa evə dönəcəyi ümidlərini puça çıxarıb. Çünki mesajda Talqatın İŞİD-ə qarşı hava zərbələrində öldüyü yazılmışdı.
Bəs Talqatı öz ailəsini Suriyaya aparıb İŞİD-ə qoşulmağa nə vadar etmişdi? Ainaş deyir ki, oğlu futbolçu karyerasının uğursuzluğundan sonra depressiyaya düşmüşdü.​
Futboldan fanatizmə
Bu futbolçu İŞİD-ə qoşuldu, arvadı isə...
Yeniyetməlik dövründə Talqatın həyatı futboldan ibarət olub. Futbolçu kimi gələcəyi parlaq görünən Talqat əvvəl "Uralsk Jastar" klubuna seçilib. 2005-ci ildə ali məktəbə qəbul olub. Lakin universitetlə futbol məşqlərini bir yerdə çatdıra bilmirmiş. Ona görə də Talqat tezliklə ali məktəbi yarımçıq tərk edir. Ancaq elə olur ki, futbolda da bəxti gətirmir. 2009-cu ildə Türkiyədəki təlim-məşq toplanışında uğursuz nəticə göstərir. Bundan sonra Premyer Liqada oynamaq şansını əldən qaçırır.
Anası deyir ki, bu uğursuzluq Talqatı möhkəm sarsıdır. Sonradan müxtəlif sahələrdə - ticarət, neft və qaz sahələrində özünü sınamağa çalışır. Ancaq hər yerdən əli boş qayıdır. Sonra dinə meyl edir. Günlərin birində isə anasına ibadətə başladığını deyir.
Talqat anası ilə kirayə mənzildə yaşayırmış. Amma getdikcə evdə az tapılır, vaxtının çox hissəsini məsciddə keçirir. Saqqal buraxır, anası ibadət etmədiyinə görə onun bişirdiyi yeməkləri də yemir.  ​
“Doğru yolda”
Bu futbolçu İŞİD-ə qoşuldu, arvadı isə...
Bütün bunlardan narahat olan Ainaş kömək üçün əvvəl yerli imama, sonra isə Dini İşlər İdarəsinə müraciət edir. Orada Talqatla söhbət etdikdən sonra onun doğru yolda olduğunu bildirirlər.
Nəhayət, Ainaş Milli Təhlükəsizlik Komitəsinə baş vurur. Komitədən Talqatı yoxlayacaqlarını bildirirlər. Ana deyir ki, bəlkə yoxlayıb oğlunun radikallaşdığını aşkar ediblər: “Ancaq bu haqda mənə heç nə deməyiblər”.
Talqat Maria ilə 2011-ci ildə ailə qurur. Maria da əri kimi qatı ibadət adamı olur. Bayıra çıxanda başını örtməkdən başqa, üzünə də tibbi maska taxırmış. Talghat evə gələn qonaqların Maria ilə danışmasına icazə vermir. Qonaq gələndə Maria qızı Sofia ilə ayrı otaqda otururmuş.
Talqat evi tərk etdikdən sonra anası onlar haqda 5 ay heç bir xəbər eşitmir. Günlərin birində isə Mariadan Türkiyədə olmaqları haqqında mesaj alır. 2014-cü il yanvarın 20-də aldığı növbəti mesajdan isə onların Suriyaya keçdiyini öyrənir. Bundan sonra aldığı sonuncu mesaj oğlunun ölüm xəbəri olur.
Ainaş deyir ki, Milli Təhlükəsizlik Komitəsi Talqatın Suriyaya gedəcəyi haqqında azacıq bir ehtimal olduğunu belə söyləsəydi, oğlunun ölkəni tərk etməsinə heç vaxt imkan verməzdi. Zavallı ana indi gecə-gündüz heç olmasa gəlininin və nəvəsinin sağ-salamat evə qayıtması üçün Allaha dua edir. 
Bu futbolçu İŞİD-ə qoşuldu, arvadı isə...
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər