Breytveyt "Barselona" rəhbərliyindən nə istəyir?

Breytveyt "Barselona" rəhbərliyindən nə istəyir?

"Barselona"nın hücumçusu Martin Bretveyt maaşı artırılacağı halda, komandada qalacaq.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Lionel Messinin gedişindən sonra əsas heyət üzvünə çevrilən futbolçu yeni müqavilə və daha yaxşı əməkhaqqı arzulayır.

Şərtlər danimarkalı forvardı qane etməyəcəyi təqdirdə, o, klub rəhbərliyindən indiki müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasını istəyəcək.

Qeyd edək ki, Breytveyt La Liqanın ilk turu çərçivəsində baş tutan "Real Sosyedad"la oyunda (4:2) komandasının qələbəsinə dublla töhfə verib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər