"Borussiya" yeni transferini "The Beatles"in mahnısı ilə təqdim etdi - FOTO+VİDEO

"Borussiya" yeni transferini "The Beatles"in mahnısı ilə təqdim etdi - FOTO+VİDEO
"Birminqem"in yarımmüdafiəçisi Cud Bellinqem karyerasını "Borussiya"da davam etdirəcək.
Fanat.Az Dortmund klubunun saytına istinadən xəbər verir ki, Bellinqemlə uzunmüddətli müqavilə imzalanıb. Keçidin 23 milyon avro qarşılığında baş tutduğu bildirilir.
"Borussiya" 17 yaşlı futbolçunu "The Beatles"in "Hey Jude" mahnısının sədaları altında təqdim edib.
Bellinqem 2019-20 mövsümündə 40 matçda meydana çıxıb və 4 qol müəllifi olub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər