"Borussiya" oyunçusunun transfer qiymətini azaltmayacaq - 110 milyon avro

"Borussiya" oyunçusunun transfer qiymətini azaltmayacaq - 110 milyon avro
Dortmund "Borussiya"sının vingeri Ceydon Sançonun yayda komandadan ayrılacağı gözlənilir.
Fanat.Az idman jurnalisti Fabritsio Romanoya istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar yaranan böhran vəziyyətinə baxmayaraq, "Borussiya" Sançonun transfer qiymətini azaltmaq niyyətində deyil. Dortmund təmsilçisi ingilis futbolçunu 110 milyon avrodan aşağı qiymətə satmayacağını bildirib.
"Mançester Yunayted" Sanço ilə yaxından maraqlanır. "Qırmızı şeytanlar" hazırda 20 yaşlı oyunçunun meneceri ilə danışıqlar aparır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər