“Borussiya” ilə yeni müqavilə bağladı

“Borussiya” ilə yeni müqavilə bağladı

Almaniyanın “Borussiya” (Dortmund) klubu yarımmüdafiəçisi Yulian Brandtla müqavilənin müddətini artırıb.

Fanat.Az xəbər verir ki, 26 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəlki müqavilə gələn mövsümün sonunda bitəcəkdi.

Brandt 2019-cu ildən formasını geyindiyi “Borussiya”da 162 oyuna çıxıb. Almaniya millisinin üzvü bu görüşlərdə 29 qol vurub, 30 assist müəllifi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər