Bolqar futbolçu rəsmən AZAL-da - FOTOLAR

Bolqar futbolçu rəsmən AZAL-da - FOTOLAR
Yeni mövsümə hazırlıqlarını Boluda davam etdirən AZAL heyəti gücləndirmək yolunda daha bir addım atıb. Fanat.az xəbər verir ki, Bakı klubu bolqar yarımmüdafiəçi Tomi Kostadinov ilə münasibətləri rəsmiləşdirib. 23 yaşlı hücumameyilli xavbek ilə 2 illik müqavilə imzalanıb. 
Müqavilə bağladıqdan sonra Tomi klubun rəsmi saytına ilk açıqlamalarını verib: “AZAL ilə müqavilə imzaladığıma görə çox şadam. Bura azarkeşlərə xoş anlar yaşatmaq üçün gəlmişəm. Komandam ilə qələbə qazanmaq üçün meydanda var gücümü oyacam. Qələbə üçün hər şeyimi verməyə hazlram. Yaxşı mövsüm keçirib avrokuboklara qatılmaq istəyirik. Ümid edirəm ki, sonda istəyimizə çata biləcəyik”. 
Qeyd edək ki, 23 yaşlı hücumameylli yarımmüdafiəçi Tomi Kostadinov Yunanıstanın "Kaniya" klubundan gəlib. Bolqar futbolçu bu komandanın heyətində 29 oyuna çıxıb, 1391 dəqiqə oynayıb və 2 qol vurub. Bolqarıstan U-21-də 5 oyun keçirib 1 qol vurmuş Tomi vətənində ÇSKA (Sofiya), "Bdin Vidin", "Çavdar" və "Liteks" klublarının formasını geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər