"Biz braziliyalılar belə üslubda oynayan futbolçuları bəyənirik"

"Biz braziliyalılar belə üslubda oynayan futbolçuları bəyənirik"

Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo DÇ-2022-nin bu gün keçiriləcək finalından öncə "L'Equipe" nəşrinə müsahibə verib.

Fanat.Az-ın məlumatına görə, əfsanəvi veteran Fransa millisinin hücumçusu Kilian Mbappenin oyununu bəyəndiyini deyib:

"Mbappenin oyunu xoşuma gəlir. Ona görə şadam. Hələ gənc olduğu halda, hər şeyi yaxşı edir. Sürəti, driblinqi, qol epizdolarında düzgün qərar qəbul etmək bacarığı ürəyimcədir. Biz braziliyalılar belə üslubda oynayan futbolçuları bəyənirik. Hiss olunur ki, Kilianın yaxşı xarakteri də var.

Xatırladaq ki, DÇ-2022-nin final oyunu bu gün, Bakı vaxtı ilə 19:00-da keçiriləcək. Həlledici matçda Fransa və Argentina üz-üzə gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər