Bir gündə 4 transfer: Falkaonun maaşı açıqlandı

Bir gündə 4 transfer: Falkaonun maaşı açıqlandı
"Qalatasaray" bir gündə 4 transfer rəsmiləşdirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlardan biri Radamel Falkao olub. İstanbul klubu kolumbiyalı ulduzla 3 illik müqavilə imzalayıb. Keçidə görə "Monako"ya transfer haqqı ödənməyib. Falkao ildə 5 milyon avro maaş alacaq.
Bir gündə 4 transfer: Falkaonun maaşı açıqlandı
"Qalatasaray" İngiltərənin "Sautqempton" klubundan Mario Leminanı bir illik icarəyə götürüb. Buna görə Premyer Liqa klubuna 1 milyon avro ödənilib. Anlaşmaya əsasən, İstanbul klubu 2020-ci ilin 30 mayına qədər 16 milyon avro ödəyərək qabonlu futbolçunun transfer hüququnu ala bilər.
Bir gündə 4 transfer: Falkaonun maaşı açıqlandı
Super Liqa klubu İngiltərənin "Brinqton" klubundan Florin Andoneni də icarəyə götürüb. "Qalatasaray" Premyer Liqa təmsilçisinə 700 min avro ödəyib. Futbolçu il əpzində 2,5 milyon avro maaş alacaq.
Bir gündə 4 transfer: Falkaonun maaşı açıqlandı
Günün yeganə yerli transferi isə Taylan Antalyalı olub. "Erzrumspor"dan gələn futbolçu ilə 4 illik müqavilə imzalanıb. Onun ilk ildə maaşı 2 milyon lirə olacaq. Növbəti 3 ildə isə müvafiq olaraq 2.2, 2.5 və 3 milyon avro alacaq. Taylan 4 milyon lirə imza haqqı ödənilib.
Bir gündə 4 transfer: Falkaonun maaşı açıqlandı
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər