"Bavariya" "Atletiko"dan 23 yaşlı müdafiəçi Lukas Hernandesi 80 milyon avroya heyətinə qataraq bütün diqqətləri üzərinə çəkdi.
Ötən yay "Yuventus"un Kriştiano Ronaldoya görə 100 milyon avrodan keçməsini tənqid edib "Biz əsla bol sıfırlı məbləğlər ödəyib transfer etmərik" deyən klub rəhbərliyinin bu addımı müzakirələrə səbəb oldu.
Əslində Lukas Hernandes "Bavariya" rəhbərliyinin son illərdə apardığı transfer siyasətinin son "meyvəsi"di. Almaniya klubu son dövrlər gənc və istedadlı futbolçuları heyətinə qatmaqla diqqəti çəkir.
Komandanın qarşıdakı 10 ili hesab edilən 11 gənc istedadın siyahısı belədi:
Alfonso Davyes (Vankuver, 10 milyon avro) - 18 yaş
Kristian Früçtl - 19 yaş
Renato Sançes ("Benfika", 35 milyon avro) - 21 yaş
Kinqsli Koman ("Yuventus", 21 milyon avro) - 21 yaş
Lukas Hernandes ("Atletiko"dan 80 milyon avroya alınıb, yeni mövsümdə komandaya qoşulacaq) - 23 yaş
Benjamin Pavard ("Ştutqart"dan 35 milyon avroya alınıb, yeni mövsümdə komandaya qoşulacaq) - 23 yaş
Niklas Süle ("Hoffenhaym", 20 milyon avro) - 23 yaş
Serj Qnabri ("Verder", 8 milyon avro) - 23 yaş
Korrentin Tolisso ("Lion", 41,5 milyon avro) - 24 yaş
Coşua Kimmix ("Ştutqart", 8,5 milyon avro) - 24 yaş
Leon Qoretska ("Şalke", pulsuz) - 24 yaş
İddialara görə, "Bavariya" daha 4 gənc futbolçunu heyətinə qatmaq istəyir. Bu siyahıda "Bayer"dən Kai Haverts və "Leypsiq"dən Timo Verner var. "Transfermarkt"ın dəyərləndirməsinə görə, hər iki futbolçunun dəyəri 65 milyon avrodu.
"Bavariya"nın hədəfindəki digər futbolçu "Lill"dən Nikolas Pepedi. Son dövrlər Avropanın əksər nəhənglərinin diqqətini üzərinə çəkən gənc futbolçuya 40 milyon avro qiymət qoyulub.
Almanların istədiyi 4-cü gənc ulduz isə "Çelsi"dən Kallum Hudson-Odoyun olduğu bildirilir. Bu futbolçunun bazar dəyəri 25 milyon avro ilə qiymətləndirilir. Lakin "Bavariya"nın onu heyətinə qatmaq üçün daha böyük məbləğdən keçməyə hazır olduğu deyilir.
Fanat.Az