"Bavariya" "Mançester Siti" və "Barselona"nın istədiyi "Ayaks"ın iki gənc ulduzunun transferi üçün hərəkətə keçib.
Fanat.Az "SportBild"ə istinadən xəbər verir ki, Münhen klubunu Frenki de Yonq və Mattis de Lit üçün hollandlara 150 milyon avro təklif etməyə hazırlaşıb.
Maraqlıdı ki, bu futbolçular da "Bavariya"da oynamaq istəyir. Hətta onlar qərarlarını "Ayaks" rəhbərliyinə də açıqlayıblar.
Qeyd edək ki, "Transfermarkt" Mattis de Litə 50 milyon avro qiymət qoyub. 19 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə 24 rəsmi oyuna çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Transfermarkt" Frenki de Yonq üçün isə 40 milyon avro transfer qiyməti müəyyənləşdirib. 21 yaşlı yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 22 rəsmi oyunda 2 qola imza atıb və 1 məhsuldar ötürmə verib.
Fanat.Az