"Bavariya” heyətini yeni qapıçı ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, Münhen təmsilçisi "Hamburq”dan Sven Ulrayxı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı qolkiperlə bir illik müqavilə imzalanıb. Onun transferi üçün "Hamburq"a təzminat ödənilməyib.
Qeyd edək ki, Ulrayx 2015-2020-ci illərdə də "Bavariya”da çıxış edib. Qolkiper son mövsümdə oynadığı 32 oyunda 40 qol buraxıb.