"Bavariya" niyə Hakiminin transferindən imtina edib? - SƏBƏB

"Bavariya" niyə Hakiminin transferindən imtina edib? - SƏBƏB
"Bavariya" "Real"ın cinah müdafiəçisi, Dortmund "Borussiya"sında icarə əsasında çıxış edən Əşrəf Hakimini transfer etmək fikrindən daşınıb.
Fanat.Az "Sport Bild"in futbol bölməsinin rəhbəri Kristian Falkın "Twitter" hesabına istinadən xəbər verir ki, təhlillər nəticəsində "Bavariya" rəhbərliyi Hakiminin 4-3-3 sistemində müdafiə ilə bağlı problemlərinin olduğu qənaətinə gəlib. Bu səbəbdən Münhen klubu 21 yaşlı futbolçunun transferindən imtina edib.
"Bavariya" rəsmilərinin fikrincə, Hakimi 3-4-3 düzülüşünə daha uyğundu. Baş məşqçi Hans-Diter Flikin isə bu sistemdən istifadə etmək niyyəti yoxdu.
Son məlumatlara görə, Hakimi karyerasını "İnter"də davam etdirəcək.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər