"Vest Hem"in vinqeri Benisio Beyker-Boeyti "Bavariya"ya keçməyə yaxındı.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, Beyker-Boeyti "Vest Hem"lə müqaviləsini uzatmaq niyyətində deyil. 16 yaşlı futbolçu karyerasını başqa komandada davam etdirmək istəyir.
"Mançester Yunayted", "Liverpul" və PSJ-nin skautları Beyker-Boeytini yaxından izləsələr də, "Bavariya"nın onu transfer etmək üzrə olduğu bildirilir.
2019-20 mövsümündə U-18 Premyer Liqasında 17 matçda meydana çıxan ingilis oyunçu 2 qolla yadda qalıb.
Fanat.Az