Baş məşqçi: "Mahir Emrelinin transferi hələ də aktualtdır"

Baş məşqçi: "Mahir Emrelinin transferi hələ də aktualtdır"
"Qarabağ”ın hücumçusu Mahir Emrelinin mümkün transferi hələ də Polşanın "Rakuv” klubunun gündəmindədir.
 
Fanat.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Marek Papşun TVP SPORT-a müsahibəsində məlumat verib.
 
O bildirib ki, Azərbaycan millisinin də formasını geyinən 24 yaşlı forvardın məsələsi indi də aktualdır: "Mən belə düşünürəm. Amma siyahımızda 8-9 hücumçunun adı var. Odur ki, hər şey mümkündür”.
 
Qeyd edək ki, Mahir Emrelinin "Qarabağ"la müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər