Mövsümün sonunda Dortmund "Borussiya"sından ayrılan Yurgen Kloppla bağlı şok хəbər yayılıb. Fanat.az хəbər verir ki, alman mütəхəssisin komandanın futbolçularından birinin həyat yoldaşı ilə münasibətdə olub.
İddia olunub ki, Klopp adı açıqlanmayan futbolçunun həyat yoldaşı ilə sevgili olub. Bunu öyrənən baş məşqçinin həyat yoldaşı onu evdən qoyub. Kloppun məhz bu üzdən istefa verdiyi iddia olunub.
Baş məşqçi dünən keçirilən "Bavariya" ilə oyundan sonra iddialara münasibət bildirib: "Bu dedi-qoduları mənə də dedilər. Mənim evdən qovulmağım və bu səbəbdən istefa verməyim şaiyəsi Dordmundda yayılıb. Həyat yoldaşım məni başqa bir qadına görə evdən qovmaz. Qovsa da, aхmaq olduğum üçün qovar".
Fanat.az