"Barselona" Milan "İnter"inin yarımmüdafiəçisi Marselo Brozoviçlə maraqlanır.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, Xorvatiya millisinin 29 yaşlı üzvünün yayda heyətə qatılması planlaşdırılır.
"İnter"dən yeni müqavilə təklifi alan Brozoviçin İtaliya klubuna "yox" deməsi bu keçidin reallaşmaq ehtimalını artıran məqamdır.
"Transfermarkt" portalının xorvat futbolçunun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir. Marselonun Milan təmsilçisi ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.