"Barselona"nın yeni kəşfi

"Barselona"nın yeni kəşfi

"Barselona" İngiltərə Premyer Liqasından yeni transfer edə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən Fabritsio Romano yayıb.

Mənbə Kataloniya təmsilçisinin "Aston Villa"nın gənc mərkəz müdafiəçisi Karni Çukvuamekani heyətə qatmaq istədiyini vurğulayıb. "Barselona"nın 18 yaşlı futbolçuda böyük potensial gördüyü, İngiltərə klubunun isə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq Çukvuamekanı satmağın əleyhinə olmadığı bildirilib.

"Nottingem Forest"in yetirməsi olan Çukvuameka 2016-cı ildən indiki klubundadır. Son mövsümdə "Aston Villa" forması ilə 12 Premyer Liqa matçına çıxan gənc müdafiəçi 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər