"Barselona"nın yeni baş məşqçisi açıqlandı

"Barselona"nın yeni baş məşqçisi açıqlandı

"Barselona"nın sabiq kapitanı, hazırda Qətərin "Əl-Sədd" klubunu çalışdıran Xavi Kataloniya təmsilçisinin baş məşqçisi olmağa ən real namizəddir.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabından tanınmış insayder Fabritsio Romano yayıb.

İtaliyalı jurnalist Ronald Kumanı postundan uzaqlaşdıran klub bosslarının 41 yaşlı Xavi ilə əlaqə saxladığını və tərəflərin müzakirələri davam etdirdiyini bildirib.

Mənbə digər namizədin də adını açıqlayıb. Bu, Belçika millisinin 48 yaşlı baş məşqçisi Roberto Martinesdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər