"Barselona"nın yarımmüdafiəçisinin yeni iş yeri açıqlandı - RƏSMİ

"Barselona"nın yarımmüdafiəçisinin yeni iş yeri açıqlandı - RƏSMİ

"Barselona"nın yarımmüdafiəçisi Aleks Kolyadonun 2022/2023 mövsümünü harada keçirəcəyi dəqiqləşib.

Fanat.Az Kataloniya klubunun saytına istinadən xəbər verir ki, 23 yaşlı oyunçu icarə əsasında "Elçe"nin formasını geyinəcək.

Anlaşmaya əsasən, "Elçe" sonradan müəyyən məbləğ ödəyərək Aleksin transfer hüquqlarına da yiyələnə bilər. 

Qeyd edək ki, "Barselona"nın əsas komandasında cəmi iki oyun keçirən Kolyado "blauqrana"nın öz yetirməsidir. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər