"Barselona"nın Rəhim Sterlinqlə bağlı xəyalları suya düşüb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, ingilis futbolçunun klubu "Mançester Siti" yarımmüdafiəçi üçün 80 milyon avro tələb edir.
Lakin Kataloniya təmsilçisi maliyyə sıxıntısı səbəbindən bu məbləği ödəyə bilməyəcəyini bildirib.
Qeyd edək ki, 26 yaşlı oyunçu 2015-ci ildən "Mançester Yunayted"də çıxış edir. Bu müddətdə 195 matçda forma geyinən Rəhim 78 qola imza atıb.
Röya