"Barselona"nın ulduzundan qəribə mesajlar - Nə baş verir?

"Barselona"nın ulduzundan qəribə mesajlar - Nə baş verir?

"Barselona"nın bu yay satmaq istədiyi oyunçulardan olan Memfis Depay son günlər atdığı addımlar və sosial şəbəkədə paylaşdığı mesajlarla təəccübləndirməyə davam edir.

Fanat.Az xəbər verir ki, niderlandlı hücumçu son iki həftədə vaxtını Afrikaya səyahət etməklə keçirib. 

Orada o, humanitar işlərlə məşğul olub, qərb ölkələrində qaradərililərin hüquqlarından danışıb. Depayın bugünlərdə Qana prezidenti Nana Akufo-Add ilə görüşü xüsusilə diqqəti cəlb edib. 

 

"Barselona"nın ulduzu karyerası ilə bağlı sosial şəbəkələrdəki paylaşımlarıyla da pərəstişkarlarını təəccübləndirib: 

"Bu mövsüm qorxulu olacaq, sadəcə izləyin".

"Ətrafımda müəyyən fəndlər edən insanların olduğunu görürəm. Qorxulu heç nə yoxdur, Allah məni sevir. Mən heç vaxt kifayət qədər yaxşı olmamışam. Sərbəst yaşayanda belə olur".

"Barselona"nın 20 milyon avroya satmaq istədiyi niderlandlı ilə PSJ və "Tottenhem" klubları maraqlanır. 

Depay "Barselona"nın heyətində bu mövsüm bütün yarışlarda 32 oyun keçirib. O, 13 qol vurub, iki məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər