"Barselona" klubunun sabiq qapıçısı Fransesk Arnau vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə 46 yaşlı veteran futbolçunun idman direktoru olduğu "Ovyedo" klubu məlumat yayıb.
Mərhumun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Arnau əsas komandada 32 oyun keçirib və 37 qol buraxıb. Kataloniya klubu ilə 2 dəfə İspaniya çempionu, 2 dəfə ölkə kubokunu qazanıb.
Daha sonra karyerasını "Malaqa"da keçirən əlcək ustası burada 112 oyunda meydana çıxıb. O, bu komanda ilə 2002-ci ildə İntertoto kubokunun qalibi olub.
Röya