"Barselona"nın qapıçısı sıradan çıxdı

"Barselona"nın qapıçısı sıradan çıxdı
"Barselona”nın qapıçısı Neto zədələnib.
 
Fanat.Az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı qolkiper komandasının məşqi zamanı sıradan çıxıb.
 
Sağ topuğundan xəsarət alan futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu ətraflı tibbi müayinələrdən sonra bilinəcək. 
 
Qeyd edək ki, Neto 2019-cu ildən "Barselona”da olsa da, əsas qapıçı Mark-Andre Ter Ştegenin kölgəsində qalır.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər