"Barselona"nın prezidentindən Xavi açıqlaması

"Barselona"nın prezidentindən Xavi açıqlaması

Ronald Kumanın istefaya göndərilməsindən sonra "Barselona"da yeni baş məşqçinin kimliyi hələlik bəlli deyil. 

Fanat.Az xəbər verir ki, klub prezidenti Xuan Laporta baş məşqçi axtarışı və Xavinin namizədliyi ilə bağlı açıqlama verib.

Laporta açıqlamasında belə deyib:

"Serxio müvəqqəti olaraq "Barça B"dən ayrılaraq əsas komandanı çalışdıracaq. Onun təcrübəsi var və bu klubun adamıdır. O, etimadı layiqdir. Biz Kumanla yollarımızı ayırdıq. Ona təşəkkür edirəm. Çox çətin anlarda gəldi və məsuliyyəti öz üzərinə götürdü. Xavi bir məşqçi kimi hər gün təkmilləşir. Onunla tez-tez danışıram, yaxşı münasibətimiz var. Xavinin komanda və oyunçular haqqında nə etmək lazım olduğuna dair fikirlərini bilirəm. Hazırki məqamda Xavi və ya başqası haqqında danışmamağı üstün tuturam, bizim bir neçə menecer seçimimiz var."

Qeyd edək ki, Kataloniya komandası dünən sürpriz açıqlama ilə müvəqqəti olaraq "Barselona B"nin baş məşqçisi Serxio Barjuanı əsas komandanın sükanı arxası"na gətirib.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər