"Barselona"nın prezidentindən Levandovski açıqlaması

"Barselona"nın prezidentindən Levandovski açıqlaması

"Barselona"nın prezidenti Joan Laporta Kataloniya təmsilçisinin Robert Levandovskinin transferi üçün "Bayern Münhen"ə təklif göndərdiklərini etiraf edib.

Fanat.Az xəbər verir ki, "Bayern & Germany" Laportanın İspaniya təmsilçisinin yeni transferi Andreas Kristensenin təqdimat mərasimində söylədiklərini belə çatdırıb:

"Biz Levandovskinin klubuna - "Bayern Münhen"ə rəsmi təklif göndərmişik və onlardan cavab gözləyirik. Robertə "Barselona"ya keçməyə can atdığı üçün təşəkkür edirəm. "Bayern"in təklifimizə müsbət cavab verəcəyinə ümidliyik. Bu yöndə nəyin necə olacağını müəyyən vaxtdan sonra hamımız biləcəyik". 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər