"Barselona" Dortmund "Borussiya"sının gənc hücumçusu Erlinq Holandın transferi üzərində işləyir.
Fanat.Az "Cuatro"ya istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Joan Laporta 21 yaşlı forvardın agenti Mino Rayola ilə şifahi razılığa gəlib.
Mənbə Laporta ilə Rayolanın dostluq münasibətlərini əsas gətirərək Holandın İspaniya nəhənginə tranferinin reallaşmaq ehtimalını yüksək dəyərləndirib.
İddia olunub ki, "Barselona" transfer üçün lazım olan məbləği hazırlayacağı halda, Erlinq növbəti mövsümə Kataloniya komandasında başlayacaq.