"Barselona"nın hücumçusu İngiltərəyə qayıdır - SON DURUM

"Barselona"nın hücumçusu İngiltərəyə qayıdır - SON DURUM

"Çelsi" "Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanqla şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, qabonlu ulduz "zadəganlar"ın nümayəndələri ilə görüşüb və müəyyən müzakirələrdən transfer təklifini qəbul edib. Hazırda klubların danışıq apardığı, ingilislərin qarşı tərəfə 27 milyon avro ödəməyi planlaşdırdığı vurğulanıb.

Qeyd edək ki, Obameyanqın "Barselona" ilə olan müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər