"Qalatasaray" heyətinə yeni qapçı qatıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul nəhəngi "Barselona"nın 23 yaşlı qolkiperi İnyaki Penyanı icarəyə götürüb.
O, "sarı-qırmızılar"ın formasını mövsümün sonunadək geyinəcək.
"Barselona"nın B komandasında oynayan Penya İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.