"Barselona"nın futbolçuları arasında gərginlik - VİDEO

"Barselona"nın futbolçuları arasında gərginlik - VİDEO

İspaniya La Liqasının VIII turunda "Barselona" "Atletiko Madrid" ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. 

Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi ikinci qolu buraxdıqdan sonra komandanın futbolçuları Jerar Pike (Gerard Piquet) və Serxio Busgets (Sergio Busquets) arasında gərginlik yaşanıb.

Həmin epizodun görüntüsünü təqdim edirik:

Qeyd edək ki, La Liqada VIII turun nəticələrinə görə "Barselona" 12 xalla turnir cədvəlinin 9-cu, "Atletiko Madrid" isə 17 xalla 2-ci pilləsində qərarlaşıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər