"Barselona"nın forması 20 kiloqram daha ağırdır" - Xavi

"Barselona"nın forması 20 kiloqram daha ağırdır" - Xavi

"Barselona"nın baş məqşçisi Xavi La Liqanın 22-ci turunda "Alaves" üzərində qazandıqları qələbəni (1:0) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, AS onun söylədiklərini belə çatdırıb:

"Bu oyunda müxtəlif sxemləri sınaqdan keçirdik. Matçın müəyyən bölümündə dörd müdafiəçi ilə oynadıq. 3-4-3 düzülüşünə keçən zaman çətinliklərimiz oldu. Düşdüyümüz durum göz önündədir. Əziyyət çəkməli, vəziyyəti düzəltmək üçün mümkün olan hər şeyi etməliyik. Özünəinam olduqca vacib şərtdir. Hazırda bu mənada da problemlərimiz var. Bu gün daha çox tənqidə tuş gələn futbolçularımız - Alba, Pike, Buskets əla oyunla yadda qaldılar. "Barselona"nın forması başqa klublarınkından 20 kiloqram daha ağırdır. Bunu anlaya-anlaya oynayanların qələbə qazanması məntiqəuyğundur".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər