"Barselona" "İnter"in hücumçusu Lautaro Martinesin alternativini müəyyənləşdirib.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Martinesin transferi baş tutmasa, "Barselona" diqqətini "Layptsiq"in forvardı Timo Vernerə yönəldəcək.
Katalon klubu argentinalı futbolçuya görə ödəniş etməklə yanaşı, Samuel Umtiti, Nelson Semedu, İvan Rakitiç və Arturo Vidal kimi oyunçularından imtina etməyə hazırdı. Həmçinin Arturun da "İnter"ə göndəriləcəyi istisna deyil. Bununla belə, "neradzurri" tərəfi yalnız təzminat məbləği - 111 milyon avro - qarşılığında Martinesin keçidinin baş tutacağını bildirib.
Verner cari mövsümdə Bundesliqada 25 matçda meydana çıxıb və 21 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az