"Barselona"nın B planı bilindi

"Barselona"nın B planı bilindi

"Barselona" "Çelsi"dən hələ ala bilmədiyi Markos Alonsonun transferinə alternativ tapıb.

Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, kataloniyalılar daha bir ispan müdafiəçini transfer etməyi düşünürlər. 

Mənbənin məlumatına görə, İspaniya nəhəngi "Layptsiq"in futbolçusu Anxelinyo ilə maraqlanır. "Barselona" London klubu ilə razılığa gələ bilməsə, Almaniya təmsilçisi ilə danışıqlara başlayacaq.

Anxelinyo ötən mövsüm "Layptsiq"in heyətində 45 oyuna çıxıb. O, 3 qol vurub və 13 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər