"Barselona"dan xanımlara xüsusi jest

"Barselona"dan xanımlara xüsusi jest

İspaniyanın "Barselona" klubu Beynəlxalq Qadınlar Gününü "Nou Kamp" stadionunda “Afroditanın güzgüsü” yaratmaqla qeyd edib.

Fanat.Az katanoliyalıların saytına istinadən xəbər verir ki, klub meydanın mərkəz xətlərindən istifadə edib və tarixdə ilk dəfə olaraq onları qadınların simvoluna çevirib. 

Belə ki, mərkəz dairəsi və altındakı bir xaç üzərində qurulmuş "Afroditanın güzgüsü"nün təsviri və “Bölünməyən xətt bizi birləşdirir” şüarı "8 Mart"a həsr olunub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər