"Barselona"da Lionel Messi ilə bağlı qeyri-müəyyənlik davam edir.
Fanat.Az xəbər verir ki, argentinalı ulduz Kataloniya klubu ilə başa çatan müqaviləsini yeniləməyib. Klub rəhbərliyinin təkliflərini qəbul etməyən Messinin PSJ, "Yuventus" və "Mançester Siti"dən təklif aldığı deyilir.
"Barselona" rəhbərliyi futbolçuya yüksək ödənişli müqavilə təklif edə bilmir. Həm klubun maliyyə böhranında olması, həm də La Liqa rəhbərliyinin tətbiq etdiyi maliyyə meyarları bunu əngəlləyir.
"Sport"un xəbərinə görə, "Barselona" La Liqanın prezidenti Xavyer Tebasa müraciət edərək müəyyən güzəştlər istəyib. Amma onların bu istəyi qəbul edilməyib.
Çıxılmaz vəziyyətdə qalan "Barselona" rəhbərliyi Messini saxlamaq üçün bəzi ulduzlarını göndərmək qərarına gəlib. İndiyədək Françisko Trinsaonu "Vulverhempton"a icarəyə verən Kataloniya klubu Metteus Fernandesin müqaviləsinə xitam verib. Artıq Junior Firpo və Samuel Yumtitinin də göndərilməsi gündəmdədir. Bundan başqa, daha bir neçə ulduzla yollar ayrılacaq.
Aydın