"Barselona"dan sabiq futbolçusuna 100 milyon avroluq təklif

"Barselona"dan sabiq futbolçusuna 100 milyon avroluq təklif
"Barselona" PSJ-nin futbolçusu Neymarı transfer etmək üçün 100 milyon avro xərcləməyə hazırdır.
Fanat.Az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Kataloniya klubunun prezidenti Neymarı almaqla kapitan Lionel Messini də yeni müqavilə imzalamaq üçün inandıracağını düşünür. Buna görə də "Barselona" braziliyalı oyunçu üçün 100 milyon avro xərcləməyə hazırdır. Həmçinin klub 29 yaşlı forvardın vasitəsi ilə komandadakı bir neçə gənc futbolçunun oyun səviyyəsinin yüksələcəyini düşünür. PSJ isə Neymarı asanlıqla buraxmaq istəmir.
Qeyd edək ki, Neymar Paris klubuna 2017-ci ildə "Barselona"dan keçib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər