“Barselona” La Liqanın 35-ci turunda qarşılaşacaqları Kubokun qalibi “Betis” üçün çempionluq dəhlizi açacaqlar.
Fanat.Az-ın xəbərinə görə, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Xavi məlumat verib.
"Mundo Deportivo" nəşri 42 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Barselona” “Betis” üçün çempionluq dəhlizi açacaq. Bu, hörmət əlamətidir. Rəqib buna layiqdir. Onlar bizim də iştirak etdiyimiz Kral Kubokunu qazandılar. Bu barədə soyunub-geyinmə otağında danışdıq, futbolçular dəstək oldu. Mən o vaxt “Real Madrid” üçün çempionluq dəhlizini hazırlamışdım. Rəqibə hörmət etməlisən. Başqa söhbətlər məni maraqlandırmır”.
Qeyd edək ki, "Real Betis" - "Barselona" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Emin