"Barselona"da yeni anlaşma: Puç oldu

"Barselona"da yeni anlaşma: Puç oldu

"Barselona" Riki Puçun gələcəyi ilə bağlı qərar verib.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, yarımmüdafiəçi tezliklə kataloniyalılarla müqaviləsinin müddətini uzadacaq.

Mənbənin məlumatına görə, məşqçilər korpusu 22 yaşlı yarımmüdafiəçinin oyunundan razı qalıb, ona görə də futbolçu ilə 2023-cü ilin yayına kimi nəzərdə tutulan müqavilənin müddətini uzadacaqlar. 

İstedadlı yarımmüdafiəçi ilə "Benfika", "Fulhem", "Fiorentina" və "Los Anceles Qalaksi" də maraqlanır.

Riki Puç 2020-ci ilin iyulundan "Barselona"da oynayır. İspaniya çempionatının son mövsümündə o, 15 oyun keçirib və 1 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər