"Barselona"da Kumanı əvəzləyəcək ad açıqlandı

"Barselona"da Kumanı əvəzləyəcək ad açıqlandı

Ronald Kumanın "Barselona"nın baş məşqçi postundan ayrılacağı ilə bağlı informasiyalar səngimir.

Fanat.Az xəbər verir ki, İspaniya La Liqasında arzulanan çıxışla diqqət çəkməyən Kataloniya təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi ilk iki matçda məğlub olması durumu bir qədər də gərginləşdirib.

Bu gün "Barselona"ya yaxın mənbə kimi tanınan jurnalist - Rəşad Rəhman niderlandlı çalışdırıcının yerinə əsas namizədlərdən birinin kim olduğunu açıqlayıb.

Sözügedən insayder "Twitter" hesabında belə yazıb:

"Son günlər klubda Ralf Ranqnikin adı daha çox hallanır. Kuman gedəcəyi halda, onun bu postu tutmaq ehtimalı yüksəkdir".

Qeyd edək ki, Ranqnik hazırda Moskva "Lokomotiv"ində çalışır. O, Rusiya klubunun idman və inkişaf şöbəsinə rəhbərlik edir. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər