"Barselona"da Dembele dövrü bitdi

"Barselona"da Dembele dövrü bitdi

"Barselona"nın futbolçusu Usman Dembele bu ayın sonuna qədər klubu tərk edəcək.

Fanat.Az xəbər verir ki, məlumatı futbol insayderi Fabritsio Romano yayıb.

O, bu barədə şəxsi "Twitter" səhifəsində yazıb:

"Barselona"nın direktoru Alemani deyib ki,  Dembele karyerasını klubumuzda davam etmək istəmir. O, bizim layihəmizin bir hissəsi olmaq istəmir. Biz də ona dedik ki, dərhal getməlidir. Usmanın yanvarın 31-nə kimi satılacağını gözləyirik”.

Xatırladaq ki, Usman Dembeleyə "Çelsi" tərəfindən böyük maraq var.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər